n2006

n2006 Münasibətlər 4-08-2022, 13:30

Qadınlar kişilərdən bu sözləri eşitmək istəyir

Qadınlar kişilərdən bu sözləri eşitmək istəyir
LoaDinG.Az sizə qadınların kişilərdən eşitmək istədiyi sözləri təqdim edir:

“Mənə hər şeyi danışa bilərsən”- Bir qadın danışarkən onu susdurmağa çalışmayın. Bir kişi olaraq, etməyiniz vacib olan ən önəmli şey bir qadının danışmağa başlamasından axıra kimi ona qulaq asmağınızdır. Onun sözlərini yarıda kəsməmək, davamlı olaraq gözlərinə baxmaq və onu həqiqətən dinləmək lazımdır. Bu onun qəlbini qazanmağınızda ən önəmli addımlardan biridir.

“Nə qədər gözəlsən”- Çox tez-tez istifadə edilən sözlərdən biridir. Lakin yerində istifadə edilmədiyindən bu söz çox vaxt dəyərini itirir. “Nə qədər gözəlsən” cümləsini doğru yerdə və zamanda istifadə edərək qarşınızdakı qadının qəlbinə yaxınlaşmaq olar. Amma bu sözü həqiqətən hiss etdiyiniz anda söyləyin. Qadına heç gözləmədiyi anda söyləsəniz daha təsirli olacaq.

“Üzr istəyirəm. Hamısı mənim günahımdır”- Bu, ən çətin cümlədir. Çünki haqlı olsanız belə, bəzən bu sözləri söyləməyiniz lazım gəlir. Amma nəzərə alın ki, bu cümlə ən təsirli silahlardan biridir və münasibətlərdə çox önəmli cümlədir. Səhvi üzərinə götürən kişi qadınların ən çox yanında görmək istədiyi kişidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
530 441 462 451 475 416

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.