n2006

n2006 Mətbəx 6-08-2022, 07:30

İnanılmaz Ləzzətli Fransız Şirniyyatı “Cannéles de Bordeaux”

İnanılmaz Ləzzətli Fransız Şirniyyatı “Cannéles de Bordeaux”
“Cannéles de Bordeaux” kimi tanınan Fransanın ən məşhur şirniyyatlarındandır. Fransada çay və qəhvəylə birgə süfrəyə verilən bu şirniyyatı siz də bişirib sevdiklərinizlə bölüşə bilərsiniz.LoaDinG.Az rom və vanilin inanılmaz ləzzəti ilə dadlı şirniyyatın reseptini təqdim edir.

Tərkibi:

250 ml süd
30 qr kərə yağı
1 ədəd vanil çubuğu
75 qr un
130 qr şəkər tozu
1 ədəd bütov yumurta
2 ədəd yumurta sarısı
25 qr tünd rom
Hazırlanma qaydası:

İlk öncə südü qızdırın, üzərinə yağ və vanil əlavə edib qarışdırın. Bir qabda yumurta və şəkər tozunu qarışdırın. Üzərinə rom (istəyə görə) və vanilli südü əlavə edib qarışdırın. Un töküb yaxşıca qarışdırın. Hazırladığınız kütlənin üstünü streç salafanla bağlayın və 24 saatlıq soyuducuya yerləşdirin.
Ertəsi gün xəmiri 1 saat əvvəl soyuducudan çıxarın və otaq temperaturunda saxlayın. Silikon qəliblərin və ya yağlanmış qəlibləri 3/4 hissəsinə xəmirdən doldurun. Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin. Daha sonra sobanın temperaturunu 180 dərəcəyə endirin, təxminən 40-45 dəqiqə bişirin. Xırçıldayan şirniyyatı isti-isti süfrəyə verin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
340 384 354 377 392 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.