n2006

n2006 özünü 🤔 fikirli hiss edir. Mətbəx 13-08-2022, 18:50

Südlü kartof şorbası necə hazırlanır?

Südlü kartof şorbası necə hazırlanır?
Tərkibi:

3 dənə böyük kartof,

1 dənə quru soğan,

1 şorba qaşığı un,

2 stəkan su,

Yarımstəkan süd,

Yarım stəkan duru yağ,

Duz.



Hazırlanması:

Südlü kartof şorbası hazırlamaq üçün əvvəlcə bişirəcəyiniz kartofları yuyub suyunu silin. Kartofları soyun və onları küp-küp doğrayın. Soğanları soyub kiçik kiçik doğrayın. Qazana yarım stəkan maye yağ töküb doğradığınız soğanları da əlavə edib bir az qovurun. Qovrulan soğanların üzərinə 1 şorba qaşığı un əlavə edib azca qovurun. Daha sonra kartofları əlavə edib qarışdırın və üzərinə su, süd , duz əlavə edərək kartoflar yumşalana qədər bişirin. Kartoflar yumşalandan sonra blenderdən keçirdin. Əgər çox qatıdırsa bir az su əlavə edib qatılığını ayarlayın və bir az qaynadıb ocaqdan düşürdün. Arzuya görə şorbanın üzərinə istiot səpə bilərsiniz. Hazırlanan südlü kartof şorbasını isti olaraq servis edin. Bu ləzzətli şorbayı xüsusi ilə kiçik uşaqlar üçün hazırlayıb yedirdə bilərsiniz.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
385 399 469 384 424 391

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.