n2006

n2006 Sağlamlıq 20-08-2022, 08:50

Alma yemək kimlər üçün təhlükəlidir?

Alma yemək kimlər üçün təhlükəlidir?
Karbohidrat tərkibinə görə, alma böyük bir dilim çörəyə bərabərdir. Odur ki, bu meyvələrin istifadəsi diabet və piylənmədən əziyyət çəkən insanlar üçün təhlükəlidir.
LoaDinG.Az xəbər verir ki, sağlam insan əsas yeməkdən sonra gündə 2-3 meyvə yeyə bilər. Tərkibindəki maddələr qan dövranını yaxşılaşdırır, hipoksiya və ürək-damar xəstəliklərindən qorunmağa kömək edir.
"Almaların ən böyük üstünlüyü bu meyvənin tərkibindəki dəmirin yüksək miqdarda olmasıdır. Dəmir hematopoez üçün lazımi miqdarda eritrositləri, oksigeni daşıyan, orqan və toxumaları qidalandıran qanımızın qırmızı hissəsini qorumaq üçün lazımdır" , - RİA Novosti-yə müsahibəsində endokrinoloq Zalina Gusova izah edib.
Həkim əlavə etdi ki, bu, ağciyər xəstəlikləri olan insanlar üçün xüsusilə faydalıdır. Bundan əlavə, alma qabığı çox faydalıdır - tərkibində antiinflamatuar maddələr, həzmi yaxşılaşdıran pektin, dəri, dırnaq və saç sağlamlığı üçün xeyli vitaminlər var. Tumlarında isə çox miqdarda yod və hidroyan turşusu olduğundan üç-dörd dənədən çox istifadə etmək tövsiyə edilmir".
Dietoloq Aleksey Kalinçevsə alma şirələrindən çəkinməyi məsləhət görüb. O, bildirib ki, alma şirəsi qanda şəkərin miqdarını artırır. Təbii formada meyvələri sevməyənlər püre və ya bişmiş meyvələr yeyə bilər - lifin məhv olması səbəbindən qastritin kəskinləşməsinə səbəb olmurlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
369 351 385 321 304 319

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.