n2006

n2006 Gözəllik 25-08-2022, 10:00

Saç boyasını dəridən necə təmizləyək? – 3 ÜSUL

Saç boyasını dəridən necə təmizləyək? – 3 ÜSUL
Əksər xanımlar saçlarını evdə özləri boyayır. Amma bu zaman dəridə boya ləkəsi qalır. Bəs bu ləkəni asanlıqla necə təmizləmək olar? LoaDinG.Az bununla bağlı faydalı məsləhətlər verir.



Spirt və qab şampununu qarışdırın

Makiyaj təmizləmə pambığına, ya da qulaq çöpünə spirt sürtün, sonra bir damcı qab şampunu əlavə edin. Hazırladığınız pambığı dərinizdəki saç boyası ləkələrinə ehmalca sürtün və daha sonra yuyun.

Qabartma tozu və sabun

Qabartma tozu ölü dəriləri yox etmə xüsusiyyətinə malikdir. Üç yemək qaşığı qabartma tozu və bir yemək qaşığı duru sabunu qarışdırın. Sonra bir çitlə dərinizə yavaşca sürtün. Ləkələrin yox olduğunu görəcəksiniz.



Sirkədən istifadə edin

Əgər digər iki vasitə yararlı olmasa, son çarə olaraq sirkəni yoxlaya bilərsiniz. Sirkəni xəfifcə boyalı yerə vurun. Həssas dərisi olanlara bu vasitədən istifadə tövsiyə olunmur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
482 520 448 406 503 415

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.