ice berg

ice berg Dəri və saç 15-05-2024, 18:00

Saç boyasını dəridən təmizləməyin üç asan yolu

Saç boyasını dəridən təmizləməyin üç asan yolu
Əksər xanımlar saçlarını evdə özləri boyayır. Amma bu zaman dəridə boya ləkəsi qalır.
Bəs bu ləkəni asanlıqla necə təmizləmək olar?

Spirt və qab şampununu qarışdırın
Makiyaj təmizləmə pambığına, ya da qulaq çöpünə spirt sürtün, sonra bir damcı qab şampunu əlavə edin. Hazırladığınız pambığı dərinizdəki saç boyası ləkələrinə ehmalca sürtün və daha sonra yuyun.
Qabartma tozu və sabun

Qabartma tozu ölü dəriləri yox etmə xüsusiyyətinə malikdir. Üç yemək qaşığı qabartma tozu və bir yemək qaşığı duru sabunu qarışdırın. Sonra bir çitlə dərinizə yavaşca sürtün. Ləkələrin yox olduğunu görəcəksiniz.

Sirkədən istifadə edin
Əgər digər iki vasitə yararlı olmasa, son çarə olaraq sirkəni yoxlaya bilərsiniz. Sirkəni xəfifcə boyalı yerə vurun.

Həssas dərisi olanlara bu vasitədən istifadə tövsiyə olunmur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
380 391 384 377 369 387

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.