Arıqlamaq İstəyənlər Üçün Pəhriz Kotleti
Pəhriz kotleti yalnız dadlı deyil, həm də faydalı yeməkdir. LoaDinG.Az arıqlamaq istəyənlər üçün yüngül və ləzzətli pəhriz kotletinin reseptini təqdim edir.
Tərkibi:
600qr toyuq filesi
300 qr gül kələmi
1 ədəd bolqar bibəri
70-80 qr bərk pendir
2 ədəd yumurta
2 xörək qaşığı xama
2 xörək qaşığı un
göy soğan, cəfəri
duz, istiot
Hazırlanma qaydası:
İlk öncə toyuq filesini kiçik kub şəklində doğrayın, bolqar bibərini də eyni qayda ilə doğrayın. Gül kələmini 5 dəqiqə duzlu suda qanadıb suyunu süzün və xırda doğrayın. Bir qabda doğranmış toyuq filesi, bolqar bibəri, xırda doğranmış göyərti, rəndələnmiş pendir,yumurta, xama, un, duz və istiot əlavə edib yaxşıca qarışdırın. Qabın qapağını bağlayıb 1 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxartdığınız qiymədən əlinizi isladaraq orta böyüklükdə kotletlər hazırlayın. Kotletləri bitki yağında orta odda hər iki tərəfi qızılı rəng olanadək qızardın. Bişən kotletləri balaca qazana üst-üstə yığıb, qapağını bağlayın və 5 dəqiqə dinləndirin. İstənilən qarnirlə və ya tərəvəz salatıyla süfrəyə verə bilərsiniz.

Nuş Olsun!