n2006

n2006 İdman 3-09-2022, 21:24

"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirilib

"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirilib
"Zirə" klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi məktubla müraciət edib.

LoaDinG.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olduğunu bildirib.

"Qartallar" bununla bağlı Premyer Liqanın V turunun “Zirə” – “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsini xahiş edib. Stadionun vəziyyətini, "Zirə" klubunun rəsmi müraciətini nəzərə alan PFL V turun “Zirə” – “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib.

Məsələ ilə bağlı “Qəbələ” İdman Klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
460 360 343 378 348 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.