sonsuz_sevgi

sonsuz_sevgi İslam Dini 16-10-2022, 20:30

Allahın "Əs-Səlam" adının mənası(hazir)

Allahın "Əs-Səlam" adının mənası(hazir)
Əs-Səlam sözü salamatlıq deməkdir. Uca Allah buyurur: “Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: "Salam!" - deyərlər” (əl-Furqan, 63).
Hər cür bəlalardan və pisliklərdən salamat olduğuna görə Cənnət “Dərus-Sələm” (salamatlıq yurdu) adlanır. Həmçinin, Uca Allah doğru yolla gedənlərə salamatlıq bəxş etdiyini bildirərək buyurur: “Doğru yolla gedənlərə salam olsun!” (Taha, 47).
Bu o deməkdir ki, kim Allahın doğru yolu ilə gedər, əmrlərinə itaət edər, qadağalarından çəkinərsə, dünya və axirətdə Allahın əzabından salamat olar.
Həmçinin, bir müsəlman digər müsəlmana salam verərək “əs-Sələmu aleykum” (Sizə salam olsun!) dedikdə, ona salamatlıq diləyir.
Uca Allahın əs-Səlam adı bütün naqisliklərdən və xoşagəlməz şeylərdən uzaq olan deməkdir. Uca Allah bir şeyi əbəs yerə yaratmaqdan, kiməsə zülm etməkdən və ya hikmətsizlik etməkdən salamat olandır. Bu ad Qurani-Kərimdə yalnız bir yerdə zikr edilir. Uca Allah buyurur: “O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak (əs-Səlam), haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır” (əl-Həşr, 23).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
675 644 586 569 523 631

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.