n2006

n2006 Mətbəx 7-11-2022, 18:00

Sobada İçi Doldurulmuş Balıq

Sobada İçi Doldurulmuş Balıq
Axşama balıq kimi yüngül zülallı yemək hazırlamaq istəyirsinizsə bu resept tam sizə görədir. LoaDinG.Az asan hazırlanan içi doldurulmuş balıq yeməyinin reseptini təqdim edir.

Tərkibi:

1 kq balıq
bir ovuc qoz
limon şirəsi
bir ovuc üzüm qurusu
1 ədəd soğan
zeytun yağı
duz
Hazırlanma qaydası:

İlk öncə balığı təmizləyib içərisini çıxarın. Balığın iç və çöl hissəsini duzlayın. Qozu blenderlə xırdalayın.Üzüm qurusunun üzərinə qaynar su töküb bir dəqiqə saxlayıb süzün və xırda doğrayın. Soğanı da xırda doğrayıb yağda qızardın. Bir qabda xırdalanmış qoz, üzüm qurusu, qızardılmış soğan və limon şirəsindən içlik hazırlayın. Yaxşıca qarışdırıb içliyi balığın içərisinə doldurun. Balığı mətbəx sapıyla tikin və yağlanmış soba sinisinə yerləşdirin. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 1 saata yaxın bişirin. Bişən balığı boşqaba qoyub saplarını çıxarın və limon dilimləri ilə bəzəyin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
400 391 360 428 354 385

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.