n2006

n2006 Mətbəx 7-11-2022, 09:00

Ətirli Krep Syuzet Blinçikləri

Ətirli Krep Syuzet Blinçikləri
“Krep Syuzet” – məşhur fransız desertlərindən biridir. Ailənizi və qonaqlarınızı bu zərif, ağızda əriyən portağal sousunda ətirli blinçiklərlə təəccübləndirə bilərsiniz. LoaDinG.Az məşhur desertin reseptini təqdim edir.

Tərkibi:
3 ədəd yumurta
2 xörək qaşığı şəkər tozu
500 ml süd
0.5 çay qaşığı duz
250 qr un
3 xörək qaşığı bitki yağı
Sous üçün:

2 ədəd portağal
50 qr kərə yağı
70 qr şəkər tozu
Hazırlanma qaydası:

Blinçikləri hazırlamaq üçün dərin bir qabda yumurta və şəkər tozunu tel çırpıcıyla yaxşıca çırpın. Üzərinə duz və süd əlavə edib çırpmağa davam edin. Unu da az-az əlavə edib qarışdırın. Ən sonda bitki yağını da əlavə edib eynicinsli kütlə alınana qədər yaxşıca qarışdırın. Tavanı ocaqda qızdırıb fırça ilə azca yağlayın. Hazırladığınız xəmirdən çömçə ilə töküb hər iki üzünü qızardın.
Sousu hazırlamaq üçün şəkər tozunu quru tavaya töküb ocaqda əridin. Qəhvəyi rəng olana qədər qaynadın və kərə yağı əlavə edin. Portağalların üst narıncı qabığını sürtgəcdən keçirin və portağalların suyu sıxın. Portağal qabığını və şirəsini də sousa əlavə edib 2-3 dəqiqə qaynadın və ocağı söndürün. Bişən hər blinçiki bu sousda isladın. Əlavə qalan sousu blinçikləri süfrəyə verdikdə üzərinə tökün.
Nuş Olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
445 530 451 456 434 470

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.