n2006

n2006 Mətbəx 8-11-2022, 20:30

Göbələk Sevənlər Üçün Pandora Salatı

Göbələk Sevənlər Üçün Pandora Salatı
Göbələk sevənlər üçün dadlı və tez hazırlanan salat. LoaDinG.Az tez başa gələn və ləzzətli “Pandora” salatının reseptini təqdim edir.
Tərkibi:
500 qr şampinyon göbələyi
150 qr bərk pendir
1 banka konservləşdirilmiş qarğıdalı
1 ədəd soğan
bitki yağı
duz, istiot
mayonez
Hazırlanma qaydası:

İlk öncə göbələkləri yuyub, kağız dəsmalla yaxşıca qurulayıb xırda orta böyüklükdə doğrayın. Xırda doğranmış soğanı tavada bitki yağında qovurun. Qızılırəng olanadək qovrulan soğana xırda doğranmış göbələkləri, duz və istiot da əlavə edib 5-10 dəqiqə bişirib ocaqdan götürün. Qovrulmuş göbələkləri başqa bir qaba tökün və rəndələnmiş pendir əlavə edib qarışdırın. Pendiri göbələklərə isti halda əlavə edin ki, pendir ərisin. Pendirli göbələk qarışığına konservləşdirilmiş qarğıdalı dənələri və mayonez töküb qarışdırın. Salat hazırdır. Bir az kənarda və ya 15 dəqiqə soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
378 432 417 402 446 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.