reklam
Allahın "əl-Məlik" adının mənası Allahın "əl-Məlik" adının mənası https://take.az/uploads/posts/2022-11/medium/1668105386_0c24ef55f9a2e1f815fbfb7fe9d92f8a.jpg
n2006

n2006 İslam Dini 11-11-2022, 07:00

Allahın "əl-Məlik" adının mənası

Allahın "əl-Məlik" adının mənası
əl-Məlik sözü mülk sahibi deməkdir. Mülk sahibi öz mülkünə tam ixtiyar sahibi olan və onu istədiyi kimi sərf edəndir. Uca Allahın əl-Məlik adı Qurani-Kərimdə beş dəfə zikr edilir. Uca Allah buyurur: “Haqq Hökmdar (əl-Məlik) olan Allah hər şeydən ucadır!” (Taha, 114; əl-Muminun, 116).
“O, Özündən başqa heç bir məbud olmayan, Hökmran (əl-Məlik), Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır” (əl-Həşr, 23). “Göylərdə və yerdə olanların hamısı Hökmran, Müqəddəs, Qüdrətli, Müdrik Allahın şəninə təriflər deyir” (əl-Cumuə, 1). “De: "Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına” (ən-Nəs, 2).
Uca Allah bütün yaratdıqlarının mütləq sahibi və hökmdarıdır. O öz mülkündə istədiyini edəndir, bu işdə Onun heç bir şəriki yoxdur. Uca Allah buyurur:
“Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir” (əl-Hədid, 2).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
251 249 281 288 246 238

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.