n2006

n2006 Mətbəx 12-11-2022, 14:00

Ballı Sousda Toyuq Qanadı

Ballı Sousda Toyuq Qanadı
Sobada dadlı, şirəli, ətirli toyuq qanadları hazırlaya bilərsiniz. LoaDinG.Az ballı sousda toyuq qanadının reseptini təqdim edir.

Tərkibi:

1 kq toyuq qanadı
2 xörək qaşığı bal
4 xörək qaşığı soya sousu
2 xörək qaşığı zeytun yağı
1 çay qaşığı acı Tabasko sousu
1 xörək qaşığı ketçup və ya tomat
duz, istiot
Hazırlanma qaydası:

Toyuq qanadlarını yaxşıca yuyub suyunu süzün. Sousu hazırlamaq üçün bir qabda bal, soya sousu, zeytun yağı, Tabasko sousu, ketçup, duz və istiot töküb qarışdırın. Suyu süzülmüş toyuq qanadlarını hazırladığınız sousda 2 saatlıq marinə edin. Və ya 1 gecəlik soyuducuya yerləşdirə bilərsiniz. Marinə etdiyiniz toyuq qanadlarını yağlanmış soba sinisinə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.

Nuş Olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
546 534 496 552 517 591

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.