Owusu

Owusu Ana və uşaq 12-11-2022, 23:30

Valideynlərin nəzərinə: körpələriniz diş çıxarırsa, mütləq oxuyun!

Valideynlərin nəzərinə: körpələriniz diş çıxarırsa, mütləq oxuyun!
Dişində problemi olan uşağınızın diş ətini yavaşca barmağınızla sıxsanız rahatlayacaq. Buna görə əllərinizi yuduqdan sonra barmağınızla həmin bölgəni yavaşca basın və uşağınızın təmiz parçanı dişləməsinə icazə verin. Əgər diş çıxması ağrılıdırsa və iştahasızlığa yol açırsa, fərqli əmzik ucu və ağızlı butulkalardan istifadə edin. Bu, uşağın qidalanmasını asanlaşdıracaq.

Soyuq qidalar diş ətindəki qızartı və şişkinliyi azaldır. Buna görə təcrübəli analar təmiz dondurulmuş parçalardan istifadə edirlər.

Apteklərdən alacağınız dərmanlar ağrı kəsmək üçün diş ətinə sürtülə bilər. Bunlar diş ətini bir müddətlik keyidir. Ancaq bəzi körpələr bu dərmanların dadını bəyənmir. Bu cür dərmanların boğaza getməməsi lazımdır. Boğazın keyiməsi öyümə refleksini zəiflədir və yeməklərin ağciyərlərə getməsinə səbəb olur.

Parasetamol tərkibli dərmanlar ağrıkəsici kimi istifadə edilir. Diş çıxarma zamanı çox dərman istifadə etmək düzgün deyil. Çünki bu dərmanlar başqa bir xəstəliyin əlaməti ola biləcək qızdırmanı azaldır və həmin xəstəliyin müəyyən edilməməsinə səbəb olur. 16 yaşdan balaca uşaqlara aspirin tərkibli dərmanlar verməyin, bu, onlarda reye sindromuna yol aça bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
451 453 407 437 428 465

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.