n2006

n2006 Mətbəx 14-12-2022, 15:20

Dadı ilə Heyran Edən Şabalıd Qutabı

Dadı ilə Heyran Edən Şabalıd Qutabı
Şabalıd qutabı- Azərbaycan mətbəxinin məşhur qutab növüdür. Özünəməxsus dadı ilə çox məşhur olan xəmir arasında şabalıd əzməsiylə doldurulmuş qutabın dadı damaqlarda qalacaq. LoaDinG.Az şabalıd qutabının reseptini təqdim edir.

Dadı ilə Heyran Edən Şabalıd Qutabının tərkibi:
Xəmir üçün:
400 qr buğda unu
1 ədəd yumurta
1/2 stəkan su
duz
İçlik üçün:
450 qr şabalıd
1 ədəd soğan
70 qr kərə yağı
duz, istiot,sumaq
Dadı ilə Heyran Edən Şabalıd Qutabının hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qabda un, duz, yumurta və suyu töküb xəmir yoğurun. Xəmirin üzərini örtüb 20 dəqiqə kənarda saxlayın.

İçliyi hazırlamaq üçün şabalıdı suda bişirib qabığını təmizləyin. Soğanı xırda doğrayıb kərə yağında qızılı rəng alana qədər qızardın. Qovrulanın soğanların üzərinə təmizlənmiş şabalıdları töküb qarışdırın. Duz, istiot və sumaq əlavə edib qovurmağa davam edin. Bişən içliyi ocaqdan götürün çəngəlin köməyi ilə yaxşıca əzin.

Xəmirdən yumurta böyüklüyündə kündələr hazırlayıb nazik şəkildə oxlovla açın. Açılan xəmirin yarı hissəsinə içlikdən yayıb digər tərəfi ilə ay şəklində örtün. Bu qaydayla qalan kündələri də yayıb içliklə doldurub bükün. Qutabları qızdırılmış tavada (yağsız və yapışmayan tavada) hər iki üzü qızarana qədər bişirin. Süfrəyə verdikdə yağlayın.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
538 524 420 407 464 361

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.