ice berg

ice berg Ana və uşaq 28-12-2022, 13:08

Uşağa gündə nə qədər konfet vermək olar?

Uşağa gündə nə qədər konfet vermək olar?
Valideynlər uşaqlara Yeni il günlərində verilən konfet və şirniyyatın miqdarına diqqət yetirməlidir.

LoaDinG.aZ xəbər verir ki, məşhur pediatr İsmail Osmanov yol verilən konfet miqdarını açıqlayıb.
"4-6 yaş uşaqlara gündə 2-3 ədəd konfet verilə bilər, 7-12 yaş uşaqlara isə 3-4 ədəd yetərlidir. Uşaqlar üçün 5-6 ədəd konfet, şokolad aşırı həddir.

Konfetlər uşaq orqanizmi üçün çətin həzm olunan qidadır. Mədə, mədəaltı vəzi və qaraciyərə əlavə yükdür. Bu zaman mədəaltı vəz normadan artıq ferment hasil edir. Bu da qanda şəkəri və insulini qaldırır. Xüsusən səhərlər və axşam yatmazdan əvvəl konfet vermək olmaz.

Yeni il hədiyyələrinin tezbazar, 1-2 günə yeyilməsi uşaqlarda qəbizlik, qarında problem, ürəkbulanma və sinir gərginliyi verə bilər. Valideynlər uşağa hədiyyə qutusunu verib, konfetləri yeməsinə icazə verməməlidir
".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
451 480 401 448 488 397

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.