sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 1-01-2023, 07:00

“Panda” keksləri – RESEPT

“Panda” keksləri – RESEPT
LoaDinG.Az şokoladlı “panda” kekslərinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

keks:

1,5 st. un
2/3 st. kakao tozu
1,3 st. şəkər tozu
1 ç.q. çay sodası
0,5 ç.q. qabartma tozu
0,5 ç.q. duz
2 yumurta
1/3 st. kərə yağı
1 ç.q. vanilli şəkər tozu
2/3 fincan süd
2/3 st. qaynar su

frostinq (yağlı qlazur):

200 q kərə yağı
vanil
400 q şəkər pudrası
1-3 ç.q. süd

bəzək:

xırda ağ şəkər tozu
damla şokolad və uzun nazik çöp formalı şokolad
ağ yeməli konfetti
qida flomasteri (qara)

Keks:

Sobanı 180 dərəcə qızdırın.

Ləyəndə quru ərzağı qarışdırın, yumurta, yağ, vanil və süd əlavə edərək qarışdırın. Qaynar su əlavə edib bir daha qarışdırın.

Keks qablarının 3/4 hissəsinə qədər xəmiri paylaşdırın. 15 dəqiqə bişirin.

Bəzəməzdən öncə soyudun.

Frostinq:

Mikserlə otaq temperaturunda olan kərə yağı və vanili çalın. Tədricən şəkər pudrasını əlavə edin. Frostinq çox qatı alınarsa, azacıq süd əlavə edin.

Bəzək:

Frostinqi konditer torbasına (yaxud ucu çərtilmiş adi sellofan torbaya) doldurun. Hər keksin üzərinə bir qədər frostinq çəkin.

Keksi çevirib xırda ağ şəkər tozuna batırın. Damla şokoladdan pandaya burun, göz qoyun. Gözünün ağını konfettidən düzəldin, qarasını flomasterlə çəkin. Nazik şokolad çöplərindən isə ağzını düzəldin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
429 454 430 390 329 398

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.