reklam
“Zadəgənlar”ın yeni oyunçusu tarixin ən bahalı transferlərindən biri ola bilər “Zadəgənlar”ın yeni oyunçusu tarixin ən bahalı transferlərindən biri ola bilər https://take.az/uploads/posts/2023-01/1672737924_321123903_565716602038332_1789587898167907173_n.jpg
HASANLY

HASANLY İdman 3-01-2023, 13:25

“Zadəgənlar”ın yeni oyunçusu tarixin ən bahalı transferlərindən biri ola bilər

“Zadəgənlar”ın yeni oyunçusu tarixin ən bahalı transferlərindən biri ola bilər
Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Enzo Fernandes İngiltərənin “Çelsi” klubuna keçir.

Jurnalist Canluka Di Marzionun sözlərinə görə, London klubu argentinalı üçün 127 milyon avro ödəyəcək.

21 yaşlı futbolçunun transfer məbləği hər birində 40 milyon avro olmaqla üç dəfəyə ödənəcək. Müqavilənin tamamlanması üçün son detallar qalıb.

Transfer baş tutsa, bu, tarixin ən bahalı 10 keçidindən biri olacaq. Tarixdə cəmi beş futbolçu üçün 127 milyon avrodan çox pul ödənilib.

Tarixin ən bahalı 10 transferi (Fernandesin “Çelsi”yə potensial transferi də daxil olmaqla):

1. Neymar - 222 milyon avro, 2017/18 mövsümündə “Barselona”dan PSJ-yə

2. Kilian Mbappe - 180 milyon avro, 2018/19 mövsümündə “Monako”dan PSJ-yə

3. Usman Dembele - 140 milyon avro, 2017/18 mövsümündə “Dortmund”dan “Barselona”ya

4. Filipp Koutinyo - 135 milyon avro, 2017/18 mövsümündə “Liverpul”dan “Barselona”ya

5. Joao Feliks - 127,2 milyon avro, 2019/20 mövsümündə “Benfika”dan “Atletiko”ya

6. Enzo Fernandes - 127 milyon avro, 2022/23 mövsümündə “Benfika”dan “Çelsi”yə

7. Antuan Qrizmann – 120 milyon avro, 2019/20 mövsümündə “Atletiko”dan “Barselona”ya

8. Cek Qriliş – 117,5 milyon avro, 2021/22 mövsümündə “Aston Villa”dan “Mançester Siti”yə

9. Kriştianu Ronaldu - 117 milyon avro, 2018/19 mövsümündə “Real Madrid”dən “Yuventus”a

10. Eden Azar -115 milyon avro, 2019/20 mövsümündə “Çelsi”dən “Real”a.

Mənbə: Sports.ru

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
214 201 185 251 187 196

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.