reklam
Hər rükətdə iki səcdə etməyimizin səbəbi və dəlili nədir? Hər rükətdə iki səcdə etməyimizin səbəbi və dəlili nədir? https://take.az/uploads/posts/2023-01/thumbs/1673262253_namaz_0563.jpg
ice berg

ice berg İslam Dini 9-01-2023, 15:04

Hər rükətdə iki səcdə etməyimizin səbəbi və dəlili nədir?

Hər rükətdə iki səcdə etməyimizin səbəbi və dəlili nədir?
Uca Allahın bizə buyurduğu əmr və qadağalarının bəzilərinin hikmətini biz bilsək də bəzilərini bilmirik. Buna bənzər başqa suallar da hər kəsin ağlına gəlir: "bizi niyə yaradıb? Niyə namaz qılırıq?" kimi və s. Bunu bilməliyik ki, biz həyata öz istəyimizlə gəlmədik. Həyatı bizə bəxş edən uca Allahdır. Həyat haqqı Ona aid olduğu kimi, qaydaları qoyma haqqı da Ona aiddir. Biz buna inandıq. Allahın bizimlə müqayisə olunmayacaq dərəcədə bilgisi, hikməti və yaradılış səbəbləri vardır.

Qaldı, hər rükətdə iki səcdə etməyimizin dəlili məsələsinə; bu həm Adəmdən bu yana əmr edilən bir qaydadır həm də Quranda ifadə edilən "Sucud/Səcdələr" ifadəsi səbəbiylədir. Kaf surəsində:

وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَارَ السُّجُودِ

"Gecə namazı səcdələrinin ardından Onu təsbih/ibadət et" (Kaf, 40.) buyurur. Əgər hər rükətdə bir səcdə olsaydı, iki rükətli namazda iki səcdə olardı ki, bu da "sucud" kəlməsi ilə deyil, "səcdan" kəlməsi ilə ifadə edilərdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
241 264 259 210 204 240

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.