n2006

n2006 Sağlamlıq 5-02-2023, 20:00

Təzyiqiniz səhərlər qalxırsa...

Təzyiqiniz səhərlər qalxırsa...
İnsanın arterial təzyiqi gün ərzində dəyişilir. Belə ki, gecə saatlarında təzyiq 10-30% aşağı düşə bilər, səhər isə yenidən normaya qalxır.

Lakin bəzi insanlarda təzyiq səhərlər əhəmiyyətli dərəcədə qalxa bilər ki, bu da səhər hipertoniyasına səbəb olur.


LoaDinG.Az bildirir ki, səhərlər təzyiqin yüksək rəqəmlərə qalxması ürək tutması, infarkt və insult kimi pozulmaların riskini kəskin artırır. İnsan bunu nəzərə almalı və vaxtında lazım olan tədbirləri görməlidir.

Bu tədbirlər arasında:

- təzyiqi salmaq üçün istifadə olunan dərman preparatlarının düzgün seçimi,

- pəhriz (duz və yağların azaldılması),

- fiziki aktivlik,

- ziyanlı vərdişlərdən imtina,

- bədən çəkisini normada saxlamaq,

- streslərdən uzaq durmaq və s.

Nəzərinizə çatdıraq ki, 120/80 mm.c.st. və bundan aşağı təzyiq normal sayılır.

120/80-139/89 mm.c.st arasında təzyiq ona işarə edir ki, insanda hipertoniyanın inkişafı riski yüksəkdir.

Təzyiq 140/90 mm.c.st-dan yuxarı qalxırsa bu artıq hipertoniya sayılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
324 294 262 320 314 280

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.