n2006

n2006 Mətbəx 15-02-2023, 11:45

İtalyansayağı dadlı makaron bişirməyin hiylələri

İtalyansayağı dadlı makaron bişirməyin hiylələri
Sən də makaron “dəli”sisənsə bu kiçik məsləhətlər tam sənlikdir! Daha dadlı makaron bişirmək üçün bu məsləhətlərə ehtiyacın ola bilər:

– Makaronu qaynadarkən suyuna bir az kərə yağı və bir neçə damcı bitki yağı əlavə etsəniz makaronlar bir-birinə yapışmaz

– Su qaynadıqdan sonra makaronu suya əlavə etməmişdən qabaq suya bir az duz əlavə edin. Bu makaronunuzu daha dadlı edər. Əgər qaynamamış suya duz əlavə etsəniz su daha gec qaynayar.

– Qaynamış makaronu yağlamaq üçün makaronun içinə yağ əlavə edib 1-2 dəfə qazanda çevirin.

– Əgər makaron üçün hazırladığınız sous yağlıdırsa, makarona əlavə yağ tökməyə ehtiyac yoxdur.

– Makaron bişirmək üçün həmişə dərin qazanlara üstünlük verin. Bol suda qaynadın. Bu makaronun daha rahat qaynamasına şərait yaradacaq.

– Qaynama suyuna 1-2 incə doğranmış baş soğan, kök və tərəvəz əlavə etsəniz, daha dadlı makaron əldə etmiş olarsınız

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
467 425 425 441 415 426

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.