n2006

n2006 Mətbəx 28-03-2023, 10:00

Ləzzətli spaqetti bişirməyin qaydaları

Ləzzətli spaqetti bişirməyin qaydaları
Spaqetti bişirərkən diqqət etməli olduğunuz xırda cəhətləri nəzərə alsanız, yeməyiniz daha dadlı olar. LoaDinG.Az ləzzətli spaqetti bişirməyin qaydalarını təqdim edir.

– Spaqettini qaynadarkən suyuna bir az kərə yağı və ya qarğıdalı yağı əlavə etsəniz makaronlar bir-birinə yapışmaz.

– Su qaynadıqda makaronu suya əlavə etməzdən əvvəl suya bir-iki çimdik duz əlavə edin. Əgər su qaynamamışdan öncə duzu əlavə etsəniz, su gec qaynayar.

– Makaron qaynadıqdan sonra soyuq suyun altına tutun. Makaronlarınız bir-birinə yapışmayacaq və dənə-dənə qalacaq.

– Əgər makaronun üzərinə tökmək üçün hazırladığınız sousu yağlı etsəniz makaronun yağını çox etməyin.

– Makaronları qaynadarkən dərin və iri qazanlarda qaynadın ki, yapışmasın.

– Qaynatmaq üçün suya 1-2 ədəd xırda doğranmış soğan, kök və fərqli tərəvəzlər əlavə etsəniz onların dadı bir-birinə qarışar və çox ləzzətli bir spaqetti əldə edərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
434 410 351 341 392 367

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.