n2006

n2006 Dəri və saç 26-02-2023, 10:00

Soğan suyu saç tökülməsinin qarşısını alır

Soğan suyu saç tökülməsinin qarşısını alır
Təzyiqdən təngnəfəsliyə qədər bir çox xəstəliyin şəfası olan soğan suyunun daha bir heyrətamiz faydası var.

LoaDinG.Az bildirir ki, hər dərdin dərmanı sayılan soğan suyunun faydaları arasında ən çox tanınanı immun sistemini möhkəmləndirilməsi və antiseptik xüsusiyyəti ilə iltihablara qarşı mübarizə aparmasıdır.


Gümrahlıq verən soğan suyu, ürək və damar xəstəliklərinə yoluxma riskini azaldır.

1-3 həftə saça tətbiq olunan soğan suyu, saç, dəri xəstəliklərini aradan qaldırır. Kəpək qaşıntılarının qarşısını alır və saçların daha sağlam uzanmasını təmin edir.

Saç tökülməsinin qarşısını almaq üçün saç köklərini bir neçə dilim çiy soğanla ovun. Quruduqdan sonra zeytun yağı ilə saç dərinizi masaj edin. Saç tökülmə probleminizin aradan qalxdığını görəcəksiniz.

Dəridəki sızanaq və göbələk problemi üçün də soğandan istifadə edə bilərsiniz. Balla soğan suyunu qarışdıraraq sızanaq problemlərinizi aradan qaldıra bilərsiniz. Dəridəki ləkələrdə isə, zərdəçalla soğan suyunu qarışdıraraq, ləkə olan yerə sürtə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
484 498 529 464 421 458

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.