n2006

n2006 Sağlamlıq 2-03-2023, 19:00

İnsan sağlamlığı üçün ən vacib VİTAMİN budur

İnsan sağlamlığı üçün ən vacib VİTAMİN budur
Vitaminlər orqanizmə mikrodozalarda daxil olsa da orqanizmin normal fəzliyyətində və insan sağlamlığında çox böyük rol oynayır.

Bu və ya digər vitaminin çatışmazlığı çox ciddi pozulmalara səbəb ola bilir.


Avstraliya alimləri araşdırma aparıb aşkar ediblər ki, insan orqanizmi üçün ən vacib vitamin D vitaminir. “Günəş vitamini”, “həyat iksiri” adlandırılan bu vitamin orqanizmdə gedən mübadilə proseslərində əsas rol oynayır.

LoaDinG.Az bildirir ki, D vitamini immun sisteminin funksiyalarını stimullaşdırır, sümük və dişlər üçün vacib olan fosfor və kalsiumun normal mənimsənilməsini təmin edir, ürək-damar sisteminə müsbət təsir edir, insult, infarkt və ürəyin işemiya xəstəliyindən qoruyur, insulinin ifrazını stimullaşdıraraq 2-ci tip diabetdən qoruyur.

Həmçinin elmi araşdırmalar göstərir ki, D vitamini orqanizmi xərçəng xəstəliklərindən də qoruyur.

D vitaminin əsas özəlliyi ondan ibarətdir ki, bu vitamin gün şüaları təsirindən dərimizdə sintez olunur.

Vitaminin ən yaxşı qida mənbələri: yağlı balıq, yumurta sarısı, treska balığının qaraciyəri, dəniz məhsulları, kərə yağı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
357 316 333 317 320 386

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.