n2006

n2006 Sağlamlıq 12-03-2023, 18:00

Ürək və damarların ən böyük dostu

Ürək və damarların ən böyük dostu
Sarımsaq çox faydalı tərəvəzdir. Lakin mütəxəssislərin fikrinə görə, təzə sarımsaq qat-qat daha faydalıdır.

Təzə sarımsaq C vitamini və fitonsidlərlə xüsusilə zəngindir. Məhz bu 2 maddə soyuq fəsillərdə zəifləmiş immuniteti möhkəmləndirir, orqanizmin infeksiya və viruslara qarşı olan davamlılığını artırır.


LoaDinG.Az bildirir ki, təzə sarımsaq beyinin fəaliyyətinə də çox yaxşı təsir edir, beyin qan dövranını yaxşılaşdırır, damarları təmizləyir, yaddaş və diqqəti artırır.

Təzə sarımsaq aterosklerozun ən böyük düşmənidir. C vitamini və allisin maddəsi sayəsində təzə sarımsaq damarları möhkəmləndirir, genişləndirir, daha elastik edir, damarlarda trombların riskini azaldır. Bütün bunlar isə öz növbəsində yüksək təzyiq, insult və infarktın riskini azaldır.

Təzə sarımsaq şəkərin səviyyəsini də aşağı salır.

Həmçinin bu göyərti güclü qurd əleyhinə təsirə malikdir.

Təzə sarımsağın şişəleyhinə təsiri də sübut olunub.

Təzə sarımsağı çiy halda yemək lazımdır ki, hətta minimal termik emal onun tərkibində olan faydalı maddələrin miqdarını xeyli azaldır.

Lakin nəzərə almaq lazımdır ki, mədə-bağırsaq, bəzi böyrək xəstəlikləri, öd daşı xəstəliyi zamanı sarımsağı yemək olmaz.

Sağlam insanlar da çox sarımsaq yeməməlidir ki, bu həzm sisteminə ziyan vura bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
350 353 332 316 335 366

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.