n2006

n2006 Sağlamlıq 12-03-2023, 20:40

Lobyanın sağlamlığa faydaları – Xərçəngdən də qoruyurmuş!

Lobyanın sağlamlığa faydaları – Xərçəngdən də qoruyurmuş!
Lobyanın bir çox faydaları xüsusiyyətləri var. Qida mütəxəssisləri qeyd edir ki, lobya güclü xərçəng əleyhinə təsirə malikdir.

Onun tərkibində olan fenol birləşmələri kanserogen maddələrin orqanizmə olan təsirini azaldır. Tünd rəngdə lobya bu mənada daha faydalıdır.


Bundan əlavə lobyanın tərkibində olan flavonoidlər ürək-damar sisteminə çox müsbət təsir edir, təzyiqi salmağa yardım edir.

LoaDinG.Az bildirir ki, liflərin sayəsində lobya bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini aşağı salır.

Lobya arginin maddəsi ilə zəngindir. Bu maddə qanda şəkəri salmağa yardım edir.

Araşdırmalar göstərib ki, lobya orqanizmdə piyin miqdarını azaltmağa və arıqlamağa da kömək edir.

Mütəxəssislər həftədə 2-3 dəfə bişmiş lobyanı yeməyi tövsiyə edirlər.

Bildiyimiz kimi, lobya qarında köpə səbəb olur. Bu təsiri azaltmaq üçün lobyanın ən azı 12 saat ərzində soyuq suda isladın, sonra suyu süzün, lobyanı yaxşı yuyun və hazır olana qədər bişirin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
378 365 383 342 413 362

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.