ice berg

ice berg İdman 19-03-2023, 13:50

"Qarabağ" - "Qalatasaray" oyununun hakimləri açıqlandı

"Qarabağ" - "Qalatasaray" oyununun hakimləri açıqlandı
Martın 26-da Bakı Olimpiya Stadionunda Qarabağ"la Türkiyənin "Qalatasaray" klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun VAR hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
456 461 485 465 445 457

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.