HASANLY

HASANLY İdman 16-11-2024, 15:02

Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununa təyinat alıb
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının VI turunda A Liqasının 3-cü qrupunda keçiriləcək Bosniya və Herseqovina - Niderland oyununun baş hakimi olacaq.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu qarşılaşmada ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Matçın VAR hakimləri Polşadan Tomaş Kviatovski və Pavel Pskit olacaqlar.

Qeyd edək ki, noyabrın 19-da Zenitsa şəhərindəki "Bilino Polje" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 263 289 248 231 230

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.