ice berg

ice berg Ana və uşaq 21-03-2023, 18:00

Uşaqlarda diqqət və yaddaş zəifliyinin səbəbi budur - Pediatr açıqladı

Uşaqlarda diqqət və yaddaş zəifliyinin səbəbi budur - Pediatr açıqladı
Bu gün uşaqlarda diqqətsizlik və yaddaşın zəifləməsi hallarına tez-tez rast gəlinir. Uşaqlarda yaddaş zəifliyinin müxtəlif səbəbləri var. Əgər orqanizmdə yaddaşı pozacaq ciddi narahatlıqlar yoxdursa, yaddaş problemlərini həll etmək çətin deyil.

LoaDinG.Az"Medicina"ya istinadən xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 1 saylı Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı Solmaz Mehbalıyeva valideynlərə xəbərdarlıq edib.
"Unutqanlığın səbəblərinin əksəriyyəti stress və yuxu rejiminin pozulmasıdır. Hər uşaq konkret yuxu rejiminə ehtiyac duyur. Nəzarətsiz yuxu isə onlarda yaddaş zəifliyinə və müəyyən aqressiyalara səbəb olur. Bundan başqa, vitamin əskikliyi, tiroid funksiya pozğunluqları, uşaqların erkən yaşlarda keçirdiyi infeksion xəstəliklər, yaşanılan zədələr və psixoloji pozuntular yaddaşın zəifləməsinə təsir edir.

Çətin görünsə də, balacalar tədricən rejimlə yatmağa, qida qəbul etməyə alışır. Düzgün qidalanmaq, təmiz havada vaxt keçirmək, idmanla məşğul olmaq, kitab oxumaq, musiqi dinləmək yaddaşın inkişafına daha yaxşı təsir edən amillərdəndir. Uşaqlarla birgə keçirilən maraqlı vaxt, oyun və məşqlər isə yaddaşı gücləndirmək üçün yaxşı vasitədir.

Onun sözlərinə görə, bəzi qidalar uşaqların inkişafına və yaddaşının möhkəmlənməsinə müsbət təsir göstərir. Kələm, kök, ispanaq, soğan, göbələk və turp kimi tərəvəzlər, alma, armud, narıngi, limon, portağal kimi meyvələr, yumurta, süd və balıq məhsulları çox faydalıdır.

Aygün M

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
487 473 440 540 491 535

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.