n2006

n2006 Sağlamlıq 24-03-2023, 22:30

Hündürboy qadınlarda bu xəstəliklərin riski 3 dəfə çoxdur

Hündürboy qadınlarda bu xəstəliklərin riski 3 dəfə çoxdur
Höteborq Universiteti (İsveç) alimləri 30 il ərzində 1,5 mln qadın haqqında məlumatları təhlil etdikdən sonra belə qərara gəliblər ki, hündürboy qadınlarda insult və ürək çatışmazlığı riski alçaqboylu qadınlarla müqayisədə 3 dəfə çoxdur.

LoaDinG.Az xəbər verir ki, alimlərin fikrinə görə bunun səbəbi hündürboy qadınlarda ürək kameralarının ölçülərinin daha böyük olmasıdır. Bu da ürək və damarlarla bağlı olan riskini artırır.


Bundan əlavə bədən çəkisi 76 kq-dan artıq olan qadınlar da ürək-damar xəstəliklərinə görə risk qrupundadır.

Mütəxəssislər qeyd edir ki, ürək və damar xəstəliklərindən qorunmaq üçün hündürboy qadınlar bədən çəkisini daim normada saxlamalıdır.

Bundan əvvəl Almaniya alimləri tərəfindən keçirilmiş araşdırma göstərib ki, hündürboy insanlarda xərçəngin riski daha çoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
367 357 397 348 384 348

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.