n2006

n2006 Mətbəx 29-03-2023, 07:00

Limonlu keksi belə hazırlayın – RESEPT

Limonlu keksi belə hazırlayın – RESEPT
Çay süfrəsində qonaqlara təqdim edə biləcəyiniz bu keks şübhəsiz çox bəyəniləcək. LoaDinG.Az limonlu keksin hazırlanma qaydasını sizə təqdim edir.

Tərkibindəkilər:

– 3 yumurta

– 1 stəkan yarım süd

– 1 stəkan yarım əridilmiş yağ

– 3 stəkan şəkər tozu

– 6 stəkan un

– Qabartma tozu

– Vanil

– 2 ədəd limonun rəndələnmiş qabığı

Hazırlanması:

Şəkər tozu və yumurtanı köpük halına gəlib ağarana kimi mikserlə çalın. Digər ləvazimatları da əlavə edib xəmiri hazırlayın. Qabı yağlayıb hazırladığınız xəmiri üzərinə töküb 160 dərəcədə keksin üzü qızarana kimi bişirin. İçinin bişib-bişmədiyini çöplə yoxladıqdan sonra oddan götürə bilərsiz. Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
451 383 384 388 384 398

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.