sonsuz_sevgi

sonsuz_sevgi Sağlamlıq 29-03-2023, 23:00

Bütün növləri xeyirli olan TƏRƏVƏZ

Bütün növləri xeyirli olan TƏRƏVƏZ
Noxud zülallarla zəngin tərəvəzdir.
LoadinG.Az xəbər verir ki, bu zülallardan orqanizmdə əvəzolunmaz aminturşular sintez olunur. Zülallardan əlavə noxudun tərkibində nişasta, yağlar, sellüloz (təbii liflər), B qrupu, E, H, PP vitaminləri, beta-karotin (orqanizmdə beta-karotindən A vitamini sintez olunur), kalium, kalsium, natrium, maqnezium, fosfor, yod, sink, dəmir və s. kimi mikroelementlər var.
Noxud əsl təbii vitamin-mineral kompleksidir. Məhz bu zəngin tərkib noxudu insanın sağlamlığı üçün çox faydalı edir. Bu tərəvəzin bütün növləri xeyirlidir. Güclü fiziki gərginliklərə məruz qalan insanlar üçün (idmançılar, ağır fizki işlə məşğul olanlar) çox faydalıdır - yorğunluğu azaldır, enerji verir.
Eyni zamanda, bu tərəvəz insanın ürək-damar sistemi üçün çox faydalıdır, qanın tərkibinə müsbət təsir edir, ödemləri (şişkinlik) azaldır, qanda xolesterinin səviyyəsini azaldır, qurdqovucu təsirə malikdir, sümüklər və dişlər üçün də çox xeyirlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 343 344 356 332 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.