ice berg

ice berg Programlar 1-04-2023, 20:00

"WhatsApp"da yeni funksiya ilə bağlı detallar - FOTO

"WhatsApp"da yeni funksiya ilə bağlı detallar - FOTO
"WhatsApp"ın beta versiyasında "Newsletter" (xəbər bülleteni) xüsusiyyəti görünüb.

Bu funksiya üzərində iş getdiyi barədə fevral ayında elan edilmişdi. İndi isə yenilənmə barədə bəzi detallar aydın olub.

Məlum olub ki, yeni xüsusiyyət istifadəçilərə abunə ola biləcəyi xəbər lenti yaratmaq imkanı verir.

Bundan başqa, xəbər bülleteninə başlıq və təsvir qoyulacaq. Bundan sonra o, status bölməsində görünəcək.

Digər istifadəçilər dəvət linkindən istifadə edərək, yaxud da "WhatsApp"da istifadəçi adını daxil etməklə bura qoşula bilərlər.
Xəbər bülletenləri istəyə bağlı olacaq, yəni iştirak öhdəliyi yoxdur, eyni zamanda abunəliyi ləğv etmək mümkündür, alqoritmik tövsiyələr olmadığı üçün isə "WhatsApp" heç bir yeni xəbər bülleteni təklif etməyəcək.

Bundan əlavə, funksiya sosial şəbəkə ilə əlaqəli deyil, çünki o, sadəcə şəxsi mesajlaşmanın genişləndirilməsidir və ismarışlar "başdan-sona" ("end-to-end") şifrələmə xidməti ilə qorunacaq.


"WhatsApp"da yeni funksiya ilə bağlı detallar - FOTO

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
520 428 464 470 514 456

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.