DeliBirHatun

DeliBirHatun İdman 11-04-2023, 14:08

Lionel Messi onu on saat gözləyən azarkeşi evinə qonaq edib

Lionel Messi onu on saat gözləyən azarkeşi evinə qonaq edib
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi 10 saat onu gözləyən azarkeşi evinə qonaq edib.

LoaDinG.az xəbər verir ki, Xuan Polkan adlı fanat bu barədə "Infobae" nəşrinə müsahibəsində bildirib.

O, 36 yaşlı hücumçunun ev ünvanını daha əvvəl oyunçuya xidmət etmiş saç ustası sayəsində tapdığını söyləyib.

Tərəfdar səhər saat 09:00-da argentinalı forvardın evinə yaxınlaşıb. Polkan 9 saatdan sonra Messini görsə də, ulduz futbolçunun yanından keçdiyini deyib. Mühafizəçi onu qovmaq istəsə də, oyunçunun həyat yoldaşı azarkeşi evə dəvət edib.

Fanat ardınca Messi ilə salamlaşdığını sözlərinə əlavə edib: "Bu, inanılmaz an idi. Onu necə çox sevdiyimi dedim. Şəkil çəkdirdik, oynadığım futzal klubunun formasına imzasını atdı və məni qucaqladı".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
341 420 417 435 421 388

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.