KiBirLi_PrenS.

KiBirLi_PrenS. Məşhurlar 21-04-2023, 14:00

Rəqsanə övladlarımı məndən xəbərsiz tanımadığım dayəyə tapşırıb

Rəqsanə övladlarımı məndən xəbərsiz tanımadığım dayəyə tapşırıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror Eldar Həmzə işin məhkəmə baxışına verilməsini təklif edib.

Prosesdə T.Səmədova bildirib ki, müğənni Rəqsanə İsmayılova 2 övladını ondan xəbərsiz götürərək tanımadığı dayəyə tapşırıb.

O, barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə qısa müşavirədən sonra əldə kifayət qədər sübutların olmaması səbəbindən vəsatətləri təmin etməyib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

İş üzrə məhkəmə prosesi aprelin 25-nə təyin olunub.

Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
417 445 399 446 457 443

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.