Çiy börək

Tərkibi (10 pay):
4 st. un
1 ç.q. duz
2 st. su
iç:
250 q qiymə
1 baş soğan
1 ç.q. duz
0,5 ç.q. qara istiot
0,5 st. su
qızartmaq üçün bitki yağı
Un, duz və suyu qarışdıraraq yumşaq xəmir yoğurun.
Soğanı xırdalayın, üzərinə qiymə, duz, istiot, su əlavə edib qarışdırın. Xəmirdən qoz böyüklükdə kündələr qoparıb 10 sm diametrində yayın. İçi ortasına qoyub kənarlarını birləşdirin. Qaynar yağda hər iki üzünü qızardın.
Nuş olsun!
Redaktə etdi:meleyooo1






