n2006

n2006 Mətbəx 6-05-2023, 13:30

Pendirli kotlet – RESEPT

Pendirli kotlet – RESEPT
Azərbaycan mətbəxində kotlet ən sevilən yeməklərdən biridir. Ən az kotlet qədər pendir də yerli mətbəximizin əvəzolunmaz dadlarındandır. Bəs görəsən, kotletlə pendir bir arada olarsa, necə olar? Əgər siz də bu suala cavab axtarırsınızsa, bu yazı məhz sizin üçündür. Beləliklə, pendirli kotletin hazırlanma qaydasını təqdim edirik.

İnqrediyentlər:

200 qram pendir

4 ədəd sosiska

2 ədəd yumurta

8 çay qaşığı un

Qarğıdalı yarması və ya 200 qram çipsi

1 xörək qaşığı xama



Hazırlanma qaydası:

Sosiskanı xırda doğrayın.

Sürtgəcdən keçirilmiş pendirə 1 yumurta, 1 xörək qaşığı xama, 4 xörək qaşığı, 1-2 diş sarımsaq əlavə edin. Yaxşı qarışdırın.

Şirin olmayan qarğıdalı lopalarını əlavə edin.

Kiçik kotletlər düzəldin. Əvvəlcə una, sonra yumurtaya, sonda qarğıdalı yarmasına və ya çipsiyə batırın.

Tavada hər iki tərəfini qızılı rəng alana qədər qızardın.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
452 478 439 458 432 439

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.