n2006

n2006 Mətbəx 10-05-2023, 15:00

Gavalı mürəbbəsini belə hazırlayın

Gavalı mürəbbəsini belə hazırlayın
bu gün oxucularımızı gavalı mürəbbəsinin hazırlaması ilə tanış edəcəyik.



Gavalı mürəbbəsinin tərkibi:

Gavalı 1 kq, şəkər tozu 1 kq, su 200 ml.



Hazırlanma qaydası:

Gavalını yuyub qabığını təmizləyirik, sonra ləyənə yığıb, üzərinə çıxacaq qədər su və 1 ç/q soda əlavə edirik. Gavalılar suda öz turşuluğunu çıxarır. Sonra təmiz suda yuyub süzürük. Meyvəni bişirəcəyimiz ləyənə şəkər tozunu və suyu tökürük, bir az ocaqda saxlayıb, şəkər əriyən kimi meyvələri əlavə edirik.

5-6 saat kənarda qoyub soyuduruq. Sonra şirənin içərisindən gavalıları yığıb, şərbəti qaynadırıq. 20 dəqiqəqaynadıqdan sonra gavalıları şərbətin içərisinə təkrar tökürük və altını söndürüb soyumasını gözləyirik. Soyuduqdan sonra üçüncü dəfə yenidən meyvələri yığıb, şərbəti qaynamağa qoyuruq. Su qaynadıqda meyvələri əlavə edib 15-20 dəqiqə bişiririk və ocaqdan götürürük.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
401 451 411 431 364 427

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.