ice berg

ice berg Programlar 14-05-2023, 08:30

İstifadəçi yazdı, Mask paylaşdı, "WhatsApp" rəhbərliyi özünü itirib əl-ayağa düşdü

İstifadəçi yazdı, Mask paylaşdı, "WhatsApp" rəhbərliyi özünü itirib əl-ayağa düşdü
Mayın əvvəlində "Twitter" istifadəçisi "Android" əməliyyat sistemində "WhatsApp"ın mikrofonu işə salması və onu arxa fonda dinləməsi barədə tvit atıb. Məsələni araşdıran "Google" problemin mövcudluğunu etiraf edib.

LoaDinG.aZ oxu.az-a istinadən xəbər verir ki, həmin vaxt istifadəçinin sözləri "Twitter"in rəhbəri İlon Maskı maraqlandırıb və o, mesajı paylaşaraq (retvit edərək) bildirib ki, "WhatsApp"a etibar etmək olmaz.

Qısa müddətdən sonra "WhatsApp" nümayəndələri ittihamlara cavab verərək mesencer tərtibatçılarının qəsdən telefonu dinləmədiyini bildirib, problemin "Android" sistemində olduğunu iddia ediblər.

"WhatsApp" nümayəndələri bu məqsədlə "Google"dan araşdırma aparmağı xahiş ediblər.

Tezliklə "Google" "WhatsApp" istifadəçisinin yaşadığı problemin "Android" əməliyyat sistemindəki məxfilik panelindəki "baq"la bağlı olduğunu müəyyən edib. Nümayəndələr bildiriblər ki, bu "baq"a görə istifadəçilər "WhatsApp"ın onların mikrofonuna və ya kamerasına arxa fonda daxil olduğunu düşünə bilərlər, lakin əslində bu baş vermir.

"Google" hazırda bu problemin həlli üzərində fəal şəkildə işlədiyini və növbəti "Android" yeniləməsində aradan qaldırılacağını vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
508 384 414 442 432 425

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.