Ulya

Ulya Şeirlər 31-07-2017, 15:38

Dost kimi

Dost kimi
Dost kimi




Dönsəm səninlə dost kimi görüşəcəyəm.

Elə-belə dost kimi

Sıxacam əlini dost kimi,

Xatırlamayacam heç nəyi,

Keçmişdən söz açmayacağam.

Söylədiyin kəlmələri,

Həyatıma vurduğun öldürücü zərbələri - xatırlamayacağam.

Hal-əhval tutacam həyatından,işlərindən

Ögey – adi nədən danışa bilər?

İllərin həm düşməni,həm doğması,həm yadı.

Sevgini paylaşmışıq,nifrəti paylaşmışıq.

Daha bir şey qalmayıb,

Bu gün son görüş olacaq!

Sakit, Soyuq,Həvəssiz.

Öyrəşmişik artıq biz: sən Sevgisiz,mən Sənsiz.

Ürəyin üşüyəcək,soyuq kəlmələrimdən.

Baxışlarınla nigaran sevgi axtaracaqsan,

Hüzünlü gözlərimdə ya da .....

Nə isə keçmişdə qaldı hər şey,

Qəlbimin dəftərindən adını silmişəmsə,

Çətin yazam,birdə mən.

Göydən fələk də gəlsə!

Adiləşmisən gülüm, belə deyildi,

Onda gözümə görünürdün,

Buludların qoynunda.

Adiləşmisən gülüm, sən kiçik bir toz idin,

Dağ görürdüm mən səni,

Vüqarlı bir dağikən,

Nahaq qayıtmısan sən,

Dönərək dünəninə nə axtarırsan indi !?

Bürünüb hüznlərə, saçlarımın ağ dəni,

Mən əvvəlki deyiləm,sən Öldürmüsən məni.

Yıxmısan,sürümüsən ....

Tanrı yenə qaldırıb məni.

Mən Tanrının qızıyam !

Nahaq dönmüsən,nahaq

Onsuzda tək Sevdanın sonundan narazıyam.

Peşmansanmı !?

Etdiyin əməllərin sıxırmı daş qəlbini,

Bilmirəm bunu gülüm !

Bir onu bilirəm ki, xatirələr içində

Sənli xatirələrə birdə çətin ilişəm.

Nədir sənin gileyin ?

Mən ucaltmışam səni,


Özümü kiçildərək!


Redaktə etdi:meley0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
676 605 530 607 545 625

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.