n2006

n2006 Məsləhətlər 23-05-2023, 16:00

Sakitləşməyə kömək edəcək effektli üsullar

Sakitləşməyə kömək edəcək effektli üsullar
Bəzən sakitliyimizi qorumaq çox çətin olur. Ətrafda, işdə və ya ailədə baş verən hadisələr əsəbiləşməyə və ya gərgin bir günə gətirib çıxarır. Bu tip hadisələrdən sonra bəzi insanlarda uzunmüddətli stress də yaranır.

Beləliklə, sakitləşməyə kömək edəcək üsulları təqdim edirik:

Dərindən nəfəs almaq
Əsəbiləşdiyiniz zaman sakit bir yerə keçib, dərindən nəfəs alın. Bu şəkildə bədəniniz rahatlayacaq.

Mavi rəng
Gərgin və stressli hallarda mavi rəngə baxmaq insanların beyin və ürək fəaliyyəti orta hesabla 1,1 dəqiqəyə normaya salır.

Sakitləşdirən mahnıya qulaq asmaq
Britaniyanın Səs Terapiyası Akademiyasının alimləri tərəfindən sifariş olunan “Weightless” kompozisiyası Marconi Union qrupu tərəfindən 2011-ci ildə yazılıb. Uzunluğu 8 dəqiqədən bir qədər çox olan kompozisiya müxtəlif səs effektləri ilə zəngindir. Aparılan araşdırmalar zamanı məlum olub ki, insan onu dinləyərkən ürəyi daha az döyünür və yavaş-yavaş nəfəs alır.

Təbiətin səslərinə qulaq asmaq
2017-ci ildə “Brighton and Sussex” tibb məktəbinin alimləri tərəfindən aparılan tədqiqat sübut etdi ki, insanlar təbiətin səslərini dinlədikləri zaman onların stress səviyyəsi əhəmiyyətli dərəcədə azalır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
369 396 306 360 313 299

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.