Xaliq

Xaliq Maraqlı 1-08-2017, 17:20

İnsanları dəyişməyin üç mərhələsi - Öyrən və ətrafını dəyiş!

İnsanları dəyişməyin üç mərhələsi - Öyrən və ətrafını dəyiş!
İnsanları dəyişməyin üç mərhələsi - Öyrən və ətrafını dəyiş!


İnsanlar necə dəyişər?
İnsanlar kitab oxuyaraq,xüsusi kurslara gedərək,öyüd-nəsihət dinləyərək ya da öz istəkləriylə dəyişə bilərlərmi?Yazıçı,Həyat Qoçu və Təlimçi Melih Axtartdır,bu mövzuda baxın nələr söyləyir.İnsanlar deyil,insanların davranışları,xüsusiyyətləri dəyişər,insanların bütünlüklə olaraq dəyişdiyini söyləmək çox da doğru olmaz.

Yenə də bu sual ortadadır.İnsanların davranışları,xüsusiyyətləri dəyişərmi?Rəhmətlik anamın yoldaşları ilə təşkil etdiyi yığıncaqlarında arada bir eşitdiyim unudulmaz sözlərdən biri də budur:"Otuz ildir məşğul oluram,bu adamı dəyişdirə bilmədim."Bu sözdən,bir şəxsin digər şəxsin davranışlarını dəyişdirməsinin ya da bir insanın öz davranışlarını dəyişdirməsinin çox da asan olmadığı nəticəsinə vara bilərik.Bir insanın davranış dəyişikliyini reallaşdırması üç mərhələli bir müddətin tamamlanmasına bağlıdır.

1-ci mərhələ:Zehni dəyişiklik.

2-ci mərhələ:Davranış,hərəkət dəyişikliyi.

3-cü mərhələ:Məqsədlərin dəyişməsi,istənilən nəticələrə çatılması.

"Bir çox nümunədə,insanlar bu üç mərhələli müddətin ən əhəmiyyətli birinci addımını adlayaraq,ikinci və üçüncünü təmin etməkdə çətinlik çəkirlər.Ancaq müşahidə etdiyim nümunələrdə birinci mərhələdəki dəyişmə olmadan ikinci və üçüncü mərhələyə keçmək mümkün olmadı."

Söz verərlər amma əməl etməzlər.

Məsələn, bir şagird pis keçən bir imtahanın sonrasından "bundan sonra dərslərimdə daha çox çalışacağam" ya da "bundan sonra daha tezdən işə başlayacağam" deyə özünə söz verə bilər.Bəzi insanlar "hər gün səhər tezdən qalxıb bir saat kitab oxuyacağam" deyə özlərinə söz verərlər.

Bəzi atalar,"uşaqlarıma qarşı daha az sərt olacağam" deyə bilər.Artıq çəkilərindəm şikayət edən bəziləri də, "daha az yeyim" deyə özlərinə söz verərlər.Ancaq bu cür sözlər nadir hallarda yerinə yeitilir.Bunun səbəbi,bu kəslərin mövcud davranışlarına gətirib çıxaran zehnlərini dəyişdirməmiş olmalarıdır.

Bir şagird özünə verdiyi,dərslərə daha çox çalışmaq sözünə əməl etməz;çünki beynində dərslərinə çox çalışılmasa da keçilə biləcəyinə dair bir inanc vardır.Hər gün səhər tezdən qalxa bilməməsinin səbəbi,"bu gün bir az yataq,sabah tezdən qalxarıq" düşüncəsidir.Kilo vermək istəyən birinin hələ çox yeməsinin səbəbi,onun bu ləzzətə ya da qarnını doyurmağa olan ehtiyacının mütləq qarşılanmasına bağlı inancıdır.





Bu düşüncələr,bu zehni fikirlər ya da inanc ortadan qalxmadıqca arzu edilən davranış dəyişikliyi reallaşdırıla bilməz.

Fərdi inkişaf kursları ya da kitablar,bəzi insanlarda keçici ya da qalıcı davranış dəyişikliyinə yol aça bilər.Kurslara qatılanların bir qisimində davranış dəyişikliyinin ortaya çıxması,onlardakı zehni dəyişkənliyin şiddətinə bağlıdır.Əgər yeni bir düşüncəni tam olaraq mənimsəmişlərsə ya da beyinlərini digər deyişikliyə fərqli bir düşüncə istiqamətində tam olaraq razı salmışlarsa,davranış dəyişikliyi yarana bilər.

Bəziləri də,nə zehni,nə davranışı dəyişdirmədən bütünlüklə xasiyyəti dəyişdirmək istəyərlər.

Bu isə heç pulu olmayan birinin avtosalonda dayanan bir avtomobilə baxıb "bu avtomobil mənim olmalıdır" deyərək heç bir şey etməməsinə bənzəyir.Yalnız istəməklə nəticələnər,qətiliklə dəyişməz.

Düşüncələr və zehni dəyişmədən davranışlar,hərəkətlər dəyişməz.Davranışlar və hərəkətlər dəyişmədikcə də məqsədlər,nəticələr dəyişməz.Eyni şeyi edərək yeni bir nəticə gözləmək...Çox çaşdırıcı və məntiqsiz bir vəziyyətdir.


Bəs siz necə nə vaxtsa öz məqsədlərinizi,xarakterlərinizi dəyişmək qərarına gəlmisinizmi?Bunun üçün hansı üsullardan istifadə etmisiniz?Nəticə ala bilmisiniz?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
598 579 529 568 565 525

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.