HASANLY

HASANLY Xəbərlər 10-06-2023, 13:32

Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib
Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin təbriki akademik kursun dinləyicilərinə çatdırılıb.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Daha sonra məzunlara diplom və döş nişanları təqdim olunub, yaş kötüyünə xatirə lövhəsi vurulub.

Sonda xatirə şəkli çəkdirilib.

Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
329 362 338 325 335 315

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.