sonsuz_sevgi

sonsuz_sevgi Sağlamlıq 10-06-2023, 20:20

Stressi azaldan maraqlı üsul

Stressi azaldan maraqlı üsul
Müasir insanın həyatı streslərlə doludur. Çoxsaylı araşdırmalar stressin insan sağlamlığı üçün çox ziyanlı olduğunu təsdiq edib.

Çoxdan məlumdur ki, xroniki stress bir çox xəstəliklərin inkişafına (ürək-damar, endokrin, sinir, mədə-bağırsaq, şiş və s.) təkan verir.

Mütəxəssislər stressi azaltmaq üçün üsullar axtarır. Növbəti araşdırma göstərib ki, stressə qalib gəlmək üçün gün ərzində ən azı 45 dəqiqə ərzində şəkil çəkmək lazımdır. Alimlər sübut edib ki, hətta şəkil çəkə bilməyən və çox sadə “uşaq” şəkilləri çəkən insanlarda bu çox yaxşı nəticə verir.
IFLScience məlumatına görə, alimlər xüsusi eksperiment aparıblar. Eksperimentdə 39 insan (həm peşəkar rəssamlar, həm də rəssamlıq qabiliyyəti olmayanlar) iştirak edib. Onlara 45 dəqiqə ərzində istənilən materiallardan istifadə etməklə incəsənətin istənilən növü ilə məşğul olmağı təklif ediblər. Eksperimentdən əvvəl hər iştrakçının ağız suyunda stress hormonu olan kortizolun səviyyəsini təyin ediblər.
45 dəqiqədən sonra məlum olub ki, əksər iştirakçıların orqanizmində kortizolun səviyyəsi düşüb. Bu həm peşəkar rəssamlarda, həm də rəssamlıqdan uzaq olan insanlarda baş verirdi.
Art-terapiya streslə mübarizədə çox yaxşı effekt verib. Alimlər tez-tez streslərə məruz qalan insanlara stressi atmaq üçün incəsənətlə məşğul olmağı tövsiyə edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
306 326 302 305 331 288

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.