sonsuz_sevgi

sonsuz_sevgi Sağlamlıq 10-06-2023, 21:45

Günəş vannası qəbul edən qadınlar daha çox yaşayır – ARAŞDIRMA

Günəş vannası qəbul edən qadınlar daha çox yaşayır – ARAŞDIRMA
İsveçdəki Karolinska Universiteti Xəstəxanası və Lund Universiteti tərəfindən həyata keçirilən bir araşdırma nəticəsində məlum olub ki, tez-tez Günəş vannası qəbul edən qadınlar bundan imtina edən həmcinslərindən 2.1 il daha çox yaşayırlar.
20 il boyunca 29 min 518 nəfər qadın üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, Günəş vannası ürək və xərçəng xəstəliklərini çıxmaq şərtilə, digər xəstəliklərə tutulma riskini azaldır.
Araşdırmaya rəhbərlik edən doktor Pelle Lindqvist bildirib ki, Günəşdən qaçmaq insanın həyatına siqaret qədər böyük və mənfi təsir göstərir. Günəş altında uzanmaq dəri xəstəlikləri riskini azaltsa da, ultrabənövşəyi şüalara məruz qalmaq dəri xərçənginə səbəb olur. İngiltərənin “Independent” qəzetinin xəbərinə görə, mütəxəssislər Günəşə çıxmazdan 30 dəqiqə öncə Günəş kremi sürtülməsini məsləhət görürlər. Bundan başqa, günorta saat 11:00 ilə 03:00 arasında güclü Günəş şüalarına çıxmamağı məsləhət görürlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
351 363 343 362 312 318

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.