ice berg

ice berg Sağlamlıq 18-06-2023, 15:00

Baş ağrısını aradan qaldıran bitki çayları

Baş ağrısını aradan qaldıran bitki çayları
Mütəxəssislər baş ağrılarına hansı çay növlərinin kömək edə biləcəyini açıqlayıblar.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, xarici mütəxəssislərin fikrincə, iltihab əleyhinə təsir göstərən çobanyastığı çayı baş ağrısı problemini həll edə bilər.

Çobanyastığı çayı hipoqlikemik xüsusiyyətlərinə görə şəkərli diabet xəstələri üçün də faydalıdır.

Bu hallarda nanə çayı da sakitləşməyə kömək edə bilər. Tərkibində mentol və metil salisilatlar olduğu üçün bədənə sakitləşdirici təsir göstərir, baş ağrıları, narahatlıq pozğunluqları və mədə problemlərini aradan qaldırır.

Bundan əlavə, limonlu çay stressdən qaynaqlanan baş ağrılarını aradan qaldırmağa kömək edir və sizə tez bir zamanda rahatlıq verir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
348 379 301 309 358 342

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.