HASANLY

HASANLY Xəbərlər 22-06-2023, 12:10

Şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-sinə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Göygöl, Balakən, Beyləqan, Daşkəsən, Gədəbəy, İmişli, Saatlı, Sabirabad rayonlarında və Abşeron yarımadasında 4 mm-dək olub.

Yağan leysan xarakterli yağış nəticəsində bu gün saat 08:00-da Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib.


İyunun 22-də saat 08:18-də Daşkəsən rayonuna diametri 13 mm olan dolu düşüb.

Daşkəsən, Naftalan, Göygöl, Şahdağ, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu iyunun 21-də iqlim normasından 1 dərəcə aşağı olub, Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 32, dağlıq rayonlarda 15, Aran rayonlarında 31 dərəcəyədək isti təşkil edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
334 305 324 266 280 315

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.