ice berg

ice berg Xəbərlər 29-06-2023, 08:40

"Titan"ın detalları sahilə çıxarıldı

"Titan"ın detalları sahilə çıxarıldı

Atlantik okeanında qəzaya uğrayan "Titan" batiskafının bəzi detalları sahilə çıxarılıb.

Loading.aZ xəbər verir ki, bu barədə Kanada mətbuatı məlumat yayıb. Bildirilir ki, batiskafın korpusunun bir neçə detalı Kanada sularında 4 000 metr dərinlikdən çıxarılıb. Xilasedici qrupun ABŞ-dan olan rəhbəri yüksək riskli sualtı missiyanın başa çatdığını bildirib. Artıq komanda daimi dislokasiya bazasına qayıdıb.

Xatırladaq ki, turistləri “Titanik”in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında yüksək təzyiqən dağılıb. “Titan”ın göyərtəsindəki britaniyalı milyarder Hemiş Hardinq, batiskafın sahibi – “OceanGate” kompaniyasının rəhbəri Stokton Raş, pakistanlı biznesmen Şahzada Davud və onun oğlu Süleyman, fransalı okeanoqraf Pol-Anri Narjole həlak olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 306 309 285 339 273

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.