ice berg

ice berg Sağlamlıq 1-07-2023, 15:30

"Air-Frier"də yemək bişirmək nə qədər düzgündür?

"Air-Frier"də yemək bişirmək nə qədər düzgündür?
Son vaxtlar çox məşhur olan "yağsız və yaxud az yağda isti hava ilə yemək bişirməyin" müsbət və mənfi cəhətləri açıqlanıb.

Bişirmə üsullarını üç başlıq altında toplamaq mümkündür. Bunlar: suda bişirmə (qaynatma, öz şirəsində bişirmə, buxarda bişirmə), quru istilikdə bişirmə üsulları (qril, bişirmə, qızartma və soteləmə) və mikrodalğalı sobada bişirmə, infraqırmızı bişirmə, vakuumda bişirmə, yağsız / az yağlı isti hava ilə bişirmə üsulu kimi qeyd edilə bilər

Frier ilə bişirmənin adi qızartma ilə müqayisədə daha sağlam bir üsul olduğunu söyləmək olar, çünki qızardılmış yeməklərdən qat-qat az yağ tələb edir və bənzər bir dad yaradır.

Buna baxmayaraq, yemək zamanı az yağ istifadə olunsa belə, 170-180 C-dən yuxarı temperatur trans yağın əmələ gəlməsinə səbəb ola bilər ki, bu da çox zərərli komponentin əmələ gəlməsi deməkdir.

Xərçəngə səbəb olduğu sübut edilən "akrilamid" adlanan komponentlərin xüsusilə nişastalı qidalar üçün 120 C-dən yuxarı temperaturda bişirilərkən ortaya çıxır.
Məlumdur ki, akrilamidin miqdarı hər temperatur artımı ilə qat-qat artır.

Bu bir həqiqətdir ki, tərkibində karbohidratlar və zülallar olan qidalar bişirildikdə "maillard" (qəhvəyi) reaksiyası baş verir və bu qızartma nə qədər yüksək olarsa, bir o qədər kanserogen maddələr ayrılır.

Bütün bu maddələrin insan sağlamlığı üçün zərərlərini nəzərə alaraq, hava qızartma aparatını alarkən risklərin çox yaxşı araşdırılması vacibdir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
363 400 352 392 401 341

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.